Tanınmış yazıçı-naşirin oğlu itkin düşdü - FOTO

  • By Günel
  • 28 Fevral 2025 19:29

“Mücrü” Nəşriyyatının direktoru, yazıçı-naşir Müşfiq Feyziyevin (Müşfiq Xan) oğlu itkin düşüb.

Gununsesi.info xəbər verir ki, o, bu barədə özünün “facebook” səhifəsində paylaşım edib.

“Oğlum Füzuli Fərziyevi axtarıram. Bu gün 16:15 radələrində metronun Avtovağzal stansiyasında olub. Sonra hara getdiyi haqqına məlumatımız yoxdur. Üstündə telefon yoxdur. Görənlərdən xahiş edirəm məlumat versinlər”, – deyə qeyd edib.

Gununsesi.info