İstanbulda daha bir İŞİD əməliyyatı: - 46 həbs

İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda saxlanılan 60 şübhəlidən 46-sı həbs edilib.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun başlatdığı və Terrorla Mübarizə İdarəsi qrupları tərəfindən həyata keçirilən antiterror əməliyyatında saxlanılan 60 şübhəlinin polis bölməsində əməliyyatları tamamlanıb.

Ədliyyəyə sövq edilən şübhəlilərdən 46-sı həbs olundu.

13 şübhəliyə məhkəmə nəzarəti müddəaları tətbiq edilərkən, 1 şübhəli polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb.

Ünvanlarda aparılan axtarışlar zamanı terror təşkilatına məxsus 1 ədəd sənədsiz silah, 1 tüfəng, çoxlu sayda rəqəmsal material, 2 ədəd jurnal, 155 ədəd patron, 1 ədəd süngü, 3947 dollar, 4 ədəd bayraq, terror təşkilatına aid sənədlər aşkar edilərək götürülüb.

Orxan

Gununsesi.info