
İraqda Kərkükdən sonra Səlahəddin vilayətində dövlət qurumlarında bütün rəsmi yazışmalarda ərəb dili ilə yanaşı türkcənin də istifadə ediləcəyi açıqlanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İraqın Səlahəddin Əyalət Şurasının üzvü Atif əl-Nəccar, İraq Konstitusiyasının 4-cü maddəsinə əsasən türkmənlərin çoxluq təşkil etdiyi bölgələrdə rəsmi dil olaraq türkcənin qəbul edildiyini və rəsmi yazışmalarda istifadə hüququna malik olduğunu bildirib.
Neccar bildirib ki, bu konstitusiya maddəsinə əsaslanaraq, artıq Səlahəddin vilayətinin şəhər mərkəzində, rayon, qəsəbə və kəndlərində bütün rəsmi yazışmalarda türkcə istifadə edilə bilər.
Lakin qanunda yer almasına baxmayaraq, bu hüququn indiyə qədər həyata keçirilmədiyinə diqqət çəkən Neccar, təkcə rəsmi yazışmalarda deyil, dövlət qurumlarının lövhələrində də ərəb dili ilə yanaşı türkcənin də istifadə ediləcəyini bildirib.
Orxan