ABŞ ordusunun sirləri: "Öz xalqına qarşı bioloji silahdan istifadə etdi"

Dünyada hərbi gərginliyin artması ilə III Dünya Müharibəsi qorxusu yayılır. Ancaq bu yaxınlarda məxfiliyi ləğv edilmiş bir sənəd bunun artıq baş verdiyini iddia edir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, araşdırmaçı jurnalist 1985-ci ildə ABŞ da daxil olmaqla dünya hökumətlərinin istifadə etdiyi gizli müharibə taktikalarını ifşa edən əlyazma yazdı.

“GÖRÜNMEZ DÜNYA MÜHARİBƏSİ”

Əlyazmadakı “Görünməz Dünya Müharibəsi” adlı əsərdə psixoloji əməliyyatlar, zehni idarə etmə, elektromaqnit və bioloji silahlar kimi bir çox gizli döyüş texnikasından ətraflı bəhs edilir.

Dailymail-də yer alan xəbərə görə, 1949-1969-cu illər arasında Mərkəzi Kəşfiyyat İdarəsinin idarə etdiyi gizli əməliyyatlarda Amerikanın müxtəlif şəhərlərində bioloji və kimyəvi silahlardan istifadə edilib. Havay, Alyaska, Nyu York, Florida və Kaliforniya kimi bölgələrdə xəstəliklər, bakteriya və sinir qazları ilə edilən bu hücumlar nəticəsində onlarla insanın həyatını itirdiyi iddia edilir.

Orxan

Gununsesi.info