
Fransanın Reunion adasının xarici ərazisini vuran Garance qasırğasının yaratdığı daşqınlar avtomobilləri aparıb. Binaların damlarının uçması nəticəsində 180 min ev işıqsız qalıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Garance” qasırğası Hind okeanında Fransanın Reunion adasını vurub. Sürəti saatda 155 kilometrə çatan qasırğa ərazini müharibə zonasına çevirib.
Binaların damlarını uçurub, küçə və prospektləri su basıb. Çoxlu avtomobillər sel sularına qərq olub. Qubernatorluqdan edilən şərhdə, abunəçilərin yüzdə 42-si olan 180 min evin elektrik kəsilməsi yaşadığı, təxminən yüzdə 10-unun isə içməli suya çıxışı olmadığı ifadə edildi. Fırtına xəbərdarlığının ən yüksək səviyyədən bənövşəyi rəngdən qırmızıya endirildiyi bildirilib.
Qubernator Patris Latron bildirib ki, indiyədək heç bir ölüm faktı qeydə alınmayıb.
Yanvar ayında Reunion adasını vuran Belal siklonu dörd nəfərin ölümünə və təqribən 100 milyon avro ziyana səbəb olub.
Orxan