Polis yazıçının oğlunun axtarışlarını davam etdirir - YENİLƏNİB

  • By Günel
  • 28 Fevral 2025 19:58

“Mücrü” Nəşriyyatının direktoru, Yazıçı-naşir Müşfiq Feyziyevin (Müşfiq Xan) övladının tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Gununsesi.info xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, axtarış elan olunub, yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.

Gununsesi.info