
Çində 17 uşağı qaçırıb satmaqda təqsirli bilinən qadın bu gün edam edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Çində bir məhkəmə tərəfindən edilən açıqlamada, 17 uşağı qaçırıb satmaqda günahkar bilinən Yu Huayinq adlı qadının bu gün edam edildiyi qeyd edilib.
Bildirilir ki, edam hökmü Ali Xalq Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra Çinin cənub-qərbindəki Quyçjou əyalətindəki Quiyang Məhkəməsi tərəfindən həyata keçirilib.
Yu və onun əlaltılarının 1993-2003-cü illər arasında Quizhou, Chongqing və Yunnandan olan uşaqları qaçıraraq satdıqları müəyyən edilib.
Orxan