ABŞ və Ukrayna arasında minerallar haqqında sazişin imzalanması ləğv edilib

  • By Günel
  • 28 Fevral 2025 23:56

ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski Vaşinqtonda keçirilmiş qalmaqallı görüşdən sonra faydalı qazıntılar haqqında saziş imzalamayıb.

Gununsesi.info -nun məlumatına görə “Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ evin nümayəndəsi bildirib.

“Tramp Zelenski tərəfindən onun ritorikası və davranışına görə hörmətsizlik hiss edib”, – agentliyə rəsmi bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti hələ də ukraynalı həmkarı ilə saziş bağlamağı istisna etməsə da, sonuncu görüşün ləğv edilib-edilməməsinə Vaşinqtonda olarkən qərar verməlidir.

Gununsesi.info