Rusiya şahmatının əfsanəsi Boris Spasski vəfat edib

Rusiyanın şahmat üzrə qrossmeysteri və şahmat üzrə yaşayan ən yaşlı dünya çempionu Boris Spasski 88 yaşında vəfat edib. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) baş direktoru Emil Sutovski Spasskinin vəfat etdiyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 1978-ci ildə Fransa vətəndaşı olan Spasski 1969-1972-ci illərdə şahmat üzrə dünya çempionu olub.

O, Reykyavikdə “Əsrin matçı” adlandırılan və Soyuq Müharibə dövründə böyük səs-küyə səbəb olan qarşılaşmada titulunu amerikalı Bobbi Fişere uduzmuşdu.

Spasski ilk iki oyunda qalib gəldikdən sonra ümumi hesabla 12,5-8,5 hesabı ilə uduzub.

Bununla belə, o, altıncı oyunda məğlub olduqdan sonra Fişeri alqışlayaraq böyük idman ustalığı nümayiş etdirdi.

Orxan

Gununsesi.info