Nərimanovda çoxmərtəbəli binada yanğın oldu: 3 nəfər təxliyə edildi

  • By Günel
  • 27 Fevral 2025 21:08

Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 1600 m² olan obyektin sahəsi 8 m² olan otağında taxta tullantıları və əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info -ya bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info