
Şimali Koreya raket qüvvələrinin atış qabiliyyətini sübut etmək üçün strateji qanadlı raket təlimi keçirdiyini bildirib. Şimali Koreya lideri Kim Çen In deyib: “Biz daha əhatəli müharibəyə hazır olmalı və nüvə gücümüzdən istifadə etməliyik”.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın nəzarəti altında ölkənin qərb sahillərində keçirilən təlimlər çərçivəsində atılan raketlər 1587 kilometrlik oval orbitdə orta hesabla 132 dəqiqə uçduqdan sonra təyin olunmuş hədəfləri dəqiq vurub.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyi Kim Çen Inın raket sınağını yerində izlədiyini açıqlayıb. Kim təlimin müvəffəqiyyətini alqışlayaraq, ölkənin nüvə qarşısının alınmasının etibarlılığını və funksionallığını davamlı olaraq sınaqdan keçirməyin vacib olduğunu vurğulayıb.
Orxan