
UNICEF-in Livandakı nümayəndəsinin müavini Etti Higgins ölkədə məktəbə getməyən uşaqların sayının yarım milyona çatdığını bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondunun ( UNİCEF ) Livandakı nümayəndəsinin müavini Etti Higgins, İsrail və Livan arasında davam edən atəşkəs və bu prosesdəki inkişaflarla bağlı qiymətləndirmələr edib.
UNİCEF-in son hesabatından məlumatları paylaşan Higgins, İsrailin hücumları altında olan Livanda uşaqların böyük problemlər və travma yaşadıqlarına diqqət çəkərək, başda Baalbek və dəfələrlə hava hücumlarının hədəfinə çevrilməsinə baxmayaraq sıx məskunlaşmaya davam edən Bekaa vadisində uşaqların adekvat qidaya çıxış imkanının olmadığını bildirib.
“Livanın şərqində iki yaşından kiçik uşaqların yarıdan çoxu ciddi ərzaq yoxsulluğu içindədir. Bu, bir il əvvəlki göstəricidən iki dəfə çoxdur”, – Higgins bildirib.
Higgins 2024-cü ilin noyabrında Livanda atəşkəs elan edildikdən sonra 310-dan çox uşağın öldüyünü və 1500-dən çox insanın yaralandığını bildirib.
“Livandakı münaqişə illərlə davam edən iqtisadi çətinliklər, müəllimlərin tətilləri və Covid-19-un təsirindən sonra ölkənin ağır təhsil vəziyyətini daha da ağırlaşdırdı. Hazırda məktəbə getməyən uşaqların sayı yarım milyona çatıb”, – Higgins bildirib.
Orxan