Dünya mətbuatında Joze Mourinyonun 4 oyunluq qadağası: "Bu, bununla bitməyəcək"

“Qalatasaray”la səfər oyunundan 0:0 hesablı heç-heçə ilə ayrılan “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonun oyundan sonra keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalardan sonra ona 4 oyunluq cəza verildiyi açıqlanıb. Dünya mətbuatı portuqaliyalı çalışdırıcının cəzasını dəyərləndirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Trendyol Superliqasının 25-ci həftəsində “Qalatasaray” və “Fənərbaxça” komandaları üz-üzə gəlib. RAMS Parkda keçirilən qarşılaşma 0-0 bərabərə bitib və matçın sonunda verilən açıqlamalar uzun müddət gündəmi zəbt edib.

“Fənərbaxça”nın texniki direktoru Joze Mourinyo mətbuat konfransında “Türkiyəli hakim olsaydı, matçın əvvəlində Yusifə kart göstərilərdi və mən onu oyundan kənarlaşdırmaq məcburiyyətində qalacaqdım. Hakimə təşəkkür etməliyəm, çünki qeyd etdiyim mövqedə o biri skamyada oturanların hamısı meymun kimi tullanırdı” deyib.

Bu açıqlamadan sonra Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Şurası Joze Mourinyoya 4 oyunluq cəza verildiyini açıqlayıb.

Bildirilir ki,”Fənərbaxça”nın texniki direktoru 40 min avro cərimə ödəyəcək və 4 oyunluq cəzalanacaq”.

Orxan

Gununsesi.info