
Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti toplanışı keçiriləcək.
Gununsesi.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.
Toplanışlar 3 iyun – 22 avqust tarixlərində keçiriləcək. Ehtiyatda olan hərbçilər toplanışlara 25 gün müddətinə cəlb ediləcək.
Toplanışlar il ərzində dövri olaraq keçirilir.