Adambaşına orta hesabla 4,5 qoyun düşən ölkə

Yeni Zelandiya Statistika İdarəsinin məlumatına görə, ölkədə adambaşına orta hesabla 4,5 qoyun düşür.

Gununsesi.info xarici mediaya istinadən xəbər veir ki, Yeni Zelandiyanın statistika agentliyi Stats NZ ölkədəki qoyunların sayı ilə bağlı məlumat yayıb.

Açıqlamada 5,3 milyon əhalisi olan ölkədə adambaşına orta hesabla 4,5 baş qoyun olduğu bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin iyun ayına olan məlumata görə, 10 il əvvəllə müqayisədə onların sayı təxminən 6 milyon azalaraq, təxminən 23,6 milyon qoyun olub.

Digər tərəfdən qoyunların sayının əhalinin sayından çox olduğu azsaylı ölkələrdən biri olan Yeni Zelandiyada bu nisbət 1982-ci ildə hər adama 22 qoyun olub.

Orxan

Gununsesi.info