Qətər maaşları ödəməyə kömək edəcək

Suriyanın maliyyə naziri Qətərin 3 ay ərzində işçilərin maaşlarının ödənilməsinə dəstək verəcəyini və bunun ABŞ sanksiyalarından azad olduğunu açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriyanın maliyyə naziri Mohamed Yusr Berniyeh Qətərin yaxın aylarda işçilərin maaşlarının ödənilməsinə kömək edəcəyini və sözügedən mexanizmin ABŞ sanksiyalarından azad olduğunu açıqlayıb. 

Suriya dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, Berniyeh Qətər hökumətinə üç aylıq cari əmək haqqı və maaş xərclərinin bir hissəsini ödəmək üçün “səxavətli qrant” ayırdığına görə minnətdarlığını bildirib. 3 aylıq müddətin uzadıla biləcəyi və hər ay veriləcək məbləğin 29 milyon dollar olacağı bildirilib.

Nazir Berniyeh qrantın səhiyyə, təhsil və sosial xidmətlər sektorlarında çalışan işçilərin və qeyri-hərbi təqaüdçülərin maaşlarını əhatə edəcəyini açıqlayıb.

 

Orxan

Gununsesi.info