
Kreml sarayında Çin prezidenti Si və Rusiya prezidenti Putin arasında görüş keçirilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Mayın 9-da “Qələbə günü”nü qeyd etmək üçün Rusiyaya rəsmi səfər edən Çin Xalq Respublikasının sədri Si Cinpin bu gün Kreml Sarayına gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşüb .
Çinin rəsmi Xinhua xəbər agentliyinin məlumatına görə, Xi Putinin Kremldə təşkil etdiyi qarşılanma mərasimində iştirak edib. Kremldə çinli həmkarı ilə görüşən Putin bəyanatında Xi-ni “əziz dostu” adlandırıb. “Sizinlə birbaşa ünsiyyət qurmaq fürsətinə görə minnətdaram”, – Putin deyib.
Putin həmçinin İkinci Dünya Müharibəsində nasistlər üzərində “müqəddəs” qələbənin ildönümü ilə bağlı mərasimlərdə iştirak etmək üçün Moskvaya gəldiyinə görə Xi-yə təşəkkür edib . Putin əlavə edib ki, o, həm də “məmnuniyyətlə Çinə səfər edəcək”.
Xi açıqlamasında Putini “köhnə dostu” adlandırdı və Rusiya prezidentinin dəvəti ilə yenidən Rusiyaya səfər etməkdən xoşbəxt olduğunu söylədi.
Çin prezidenti bildirib ki, Çin “bir dünya gücü kimi Çinin xüsusi məsuliyyətlərini çiyinlərinə almaq üçün Rusiya ilə birlikdə işləyəcək” və ölkəsi “Çin, Rusiya və inkişaf etməkdə olan ölkələrin əksəriyyətinin hüquqlarını müdafiə edəcək”.
“Çin ədalətli, nizamlı, çoxqütblü və inklüziv iqtisadi qloballaşmaya nail olmaq üçün Rusiya ilə işləməyə hazırdır”, – Si deyib. “Birtərəflilik və zorakılıqla üzləşən Çin Birləşmiş Millətlər Təşkilatının nüfuzunu və statusunu qorumaq üçün Rusiya ilə işləyəcək”, – Çin prezidenti bildirib.
Orxan