
Xalq artisti, xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Arif Babayevə Heydər Əliyev Mükafatı verilib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Arif İmran oğlu Babayevə Heydər Əliyev Mükafatı verilib.