Naxçıvanda yol qəzasında 5 nəfər xəsarət aldı

  • By Günel
  • 12 Aprel 2025 23:20

Naxçıvanda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistral yolun Kəngərli rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Şərur rayon sakinləri; – 1968-ci il təvəllüdlü Şükürova Xumar Şükür qızı, 1980-ci il təvəllüdlü Fərəcov Elməddin Elçin oğlu, 1986-cı il təvəllüdlü Məmmədova Günay Yavər qızı, 1990-cı il təvəllüdlü Tağıyev Qadir Heydər oğlu və 2010-cu il təvəllüdlü Fərəcli Elvinə Elməddin qızı xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info