“Turan Tovuz”dan əzmkar qələbə

  • By Günel
  • 12 Aprel 2025 19:36

Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçirilir.

Gununsesi.info xəbər verir ki, ikinci oyun günündə əvvəlcə “Turan Tovuz” evdə “Sabah”la qarşılaşıb.

Görüş meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb – 2:1.

Günün digər matçında “Sumqayıt” “Şamaxı” ilə qarşılaşacaq.

Qeyd edək ki, turun ötən gün keçirilən oyununda “Səbail” “Qarabağ”a böyük hesabla uduzub. “Kəpəz” – “Araz-Naxçıvan” və “Neftçi” – “Zirə” matçları isə sabah keçiriləcək.

Gununsesi.info