Tacikistandakı zəlzələ zamanı 17 evə ziyan dəyib

  • By Günel
  • 13 Aprel 2025 11:53

Tacikistanda 6,1 bal gücündə zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Xucənd şəhərindən 170 km cənubda yerləşib,  mənbəyi 15 km dərinlikdə olub.

Eyni zamanda, Mərkəzi Asiyada baş verən zəlzələləri izləyən Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzinin məlumatına görə, yeraltı təkanlar 5,8 bal gücündə olub. Düşənbənin mərkəzində bir neçə saniyə ərzində zəif təkanlar hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

***

Tacikistan Hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına görə, zəlzələnin episentrində 17 yaşayış binası və bir məktəb qismən dağılıb.

Gununsesi.info