Bakıda qəza nəticəsində işıqfor yararsız hala düşdü - FOTO

  • By Günel
  • 12 Aprel 2025 22:09

Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza nəticəsində bir nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb.

Qurumun əməkdaşları tərəfindən svetoforun yenisi ilə əvəzlənməsi işləri görülür.