Trampın prezident seçilməsindən sonra ABŞ-yə gələn turistlərin sayı azalıb

  • By Günel
  • 13 Aprel 2025 13:16

Donald Trampın Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti seçilməsindən sonra avropalılar və kanadalıların ABŞ-yə səfərində azalma müşahidə olunub.

Gununsesi.info “Financial Times”a istinadən xəbər verir ki, 2024-cü ilin mart ayında Qərbi Avropadan olan turistlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17% azalıb.

Bundan əlavə Kanadadan ABŞ-yə səfərlər də azalıb. Analitiklər bu il Kanadadan gələn turistlərin sayının 20% azalacağını və bunun ABŞ-yə 3,4 milyard dollar ziyan vuracağını proqnozlaşdırıblar.

Ağ Ev isə bildirilib ki, Trampın planları həyata keçirildikdən sonra turizm sahəsi bərpa olunacaq.

Qeyd edək ki, mart ayında ABŞ-yə turist məqsədilə ziyarət edən xarici vətəndaşların sayı 12% azalıb. Bu, 2021-ci ildən bəri ən kəskin enişdir. O vaxt turizm pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlərdən sonra çətinliklərlə üzləşmişdi.

Gununsesi.info