Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb

  • By Günel
  • 12 Aprel 2025 20:42

Moskvanın “Lokomotiv ” klubunun və Ukrayna milli komandasının keçmiş futbolçusu Aleksandr Əliyev Kiyevdə saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb .

Məlumata görə, keçmiş futbolçunun saxlanılmasına səbəb sərxoş vəziyyətdə avtomobili idarə etməsi olub. Sərnişin oturacağında olan qadının isə polis maşınının kapotuna çıxdığı qeyd edilir.

Əliyev “İnstagram” səhifəsində ayıq olmaması ilə bağlı məlumatları təkzib edib.

Adı daim qalmaqallarda hallanan çeçen əsilli keçmiş futbolçu Aleksandr Əliyev 2019-cu ildə həyat yoldaşı Tatyananı döydüyü üçün cinayət məsuliyyətinə cəlb edilmişdi.

 

Gununsesi.info