
Bərdə rayonunda 1992-ci il təvəllüdlü Ceyhun Mübariz oğlu Zeynalov bıçaqlanıb.
Gununsesi.info xəbər verir ki, o, “Tiktok” sosial şəbəkəsində mübahisə zəminində bıçaq xəsarəti alıb.
Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona xəsarət yetirməkdə 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova şübhəli bilinir. T.Hüseynova təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.