ABŞ husilərin texniki məktəbinə zərbələr endirdi

  • By Günel
  • 13 Aprel 2025 11:15

ABŞ Yəmənin cənub-qərbindəki Əl-Bayda əyalətində texniki məktəbə bir sıra zərbələr endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Əl Məsirah” telekanalı məlumat yayıb.

Məlumata görə, məktəbin binası ən azı 5 raket zərbəsinə məruz qalıb.

Tələfatla bağlı məlumat verilməyib.

Gununsesi.info