Ağdamda azyaşlını it dişləyib: Xəstəxanaya yerləşdirilib

  • By Günel
  • 13 Aprel 2025 15:10

Ağdam rayonunda azyaşlı it dişləməsi səbəbilə xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, “Report”un Qarabağ bürosunun hadisə şahidlərindən əldə etdiyi məlumata görə, hadisə rayonun Qərvənd qəsəbəsində baş verib.

2021-ci il təvəllüdlü S.H küçədə oynadığı zaman qəfil it hücumuna məruz qalıb. Üz nahiyəsindən yara alan azyaşlı Bərdə Mərkəzi xəstəxanasına çatdırılıb.

Gununsesi.info