BMT siyasi məhbusların və ermənilərin azadlığını istəyir - XİN- dən cavab

  • By Günel
  • 04 Mart 2025 20:33

“Azərbaycanda qanunsuz həbs olunan bütün şəxslər, o cümlədən etnik ermənilər dərhal azad olunmalı və ədalətli məhkəmə haqlarına tam riayət olunmalıdır”.

Gununsesi.info -nun xəbərinə görə, bu sözləri BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Volker Türk öz çıxışında deyib.

O, həmçinin bildirib ki, Ermənistanla Azərbaycan arasında davam edən sülh danışıqlarını yaxından izləyir:

“Ümid edirəm ki, bu danışıqlar dürüstlüyə, normallaşmağa və barışığa yol açacaq. Biz dəstək göstərməyə hazırıq”.

Volker Türkün bu bəyanatına Azərbaycan xarici işlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə cavab verib:

Sitat: “Sülh işi, müharibə cinayətləri, etnik təmizləmə, hərbi hücum, işgəncə və digər ağır cinayətlərdə günahlandırılan və ya təqsirli bilinən şəxsləri məsuliyyətə cəlb etməyi tələb edir”. Sitatın sonu.

Bakıda həbsdə olan separatçı tanınmamış Dağlıq Qarabağ respublikasının keçmiş siyasi və hərbi liderlərinin məhkəməsi davam edir. Onların arasında ləğv olunmuş tanınmamış respublikanın 3 keçmiş prezidenti Arkadi Qukasyan, Bako Saakyan və Arayik Harutyunyan da var.

Gununsesi.info