Bişkek aeroportu bomba təhlükəsinə görə boşaldılıb

  • By Günel
  • 04 Mart 2025 19:56

Qırğızıstanın paytaxtı Bişkekdəki Manas Beynəlxalq Hava Limanında sərnişinlərin təxliyəsinə başlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “24.kg” məlumat yayıb.

Qeyd olunub ki, reyslərə sərnişinlərin qeydiyyatı dayandırılıb.

“Parklanmada olan avtomobillərdən birinə bomba qoyulması barədə məlumat daxil olub. Hazırda aeroport binası boşaldılır”, – məlumatda vurğulanıb.

Gununsesi.info