Bakıdan göndərilən humanitar yardım Suriya sərhədinə çatdı - VİDEO

  • By Günel
  • 05 Yanvar 2025 12:20

Bakıdan yola düşən və 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşını Türkiyədən keçərək bu ölkənin Suriya ilə sərhədinə çatıb.

Gununsesi.info bu barədə Oxu.Az – a istinadən xəbər verir.

Bildirilir ki, hazırda maşınlar Kilisdəki Çobanbey sərhəd-keçid məntəqəsindədir və gömrük prosedurlarımdan sonra Suriya ərazisinə daxil olacaqlar.

Tranzit Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası altında həyata keçirilir.

Yardım maşınları sərhəd-keçid məntəqəsindən keçdikdən sonra AFAD-ın logistika anbarlarına təhvil veriləcək. Anbarlarda görülən hazırlıqlardan sonra məhsullar Suriyada yardıma ehtiyacı olan ailələrə paylanacaq.

Qeyd edək ki, dekabrın 30-da Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilib. On yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var.