Əli Əsədov həmkarına başsağlığı verdi

  • By Günel
  • 02 Yanvar 2025 20:03

Baş nazir Əli Əsədov Çetinye şəhərində törədilmiş silahlı hücumla bağlı Monteneqronun Baş naziri Miloyko Spaiçə başsağlığı məktubu ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, Ə.Əsədov hadisə nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərindən kədərləndiyini bildirib.

Baş nazir həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Gununsesi.info