Prezident: - Azərbaycanda hər kəs eyni hüquq və azadlıqlara malikdir

  • By Günel
  • 05 Yanvar 2025 13:30

Nümunəvi mültikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq və azadlıqlara malikdir.

Gununsesi.info -nun xəbərinə görə, b barədə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına təbrikində bildirilib.

“Xristian həmvətənlərimiz də inanclarına uyğun ayin və mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadır, vətəndaşlıq borcunu vicdanla yerinə yetirərək, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Gununsesi.info