Bayden vida çıxışı edəcək

  • By Günel
  • 05 Yanvar 2025 12:50

ABŞ Prezidenti Co Bayden səlahiyyət müddəti başa çatana qədər iki çıxış etməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə “ABC Nyus” məlumat yayıb.

Kanalın mənbələrə istinadla yaydığı məlumata görə, Bayden xarici siyasətlə bağlı ilk çıxışını yanvarın 12-də başa çatacaq İtaliya səfərindən qayıtdıqdan sonra etməyi planlaşdırır. Bundan sonra 46-cı prezident amerikalılara vida nitqi ilə çıxış edəcək.

Gununsesi.info