İlon Mask: "Ukraynalı oliqarxlara sanksiya tətbiq olunsun"

  • By Günel
  • 09 Mart 2025 12:12

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, amerikalı milyarder İlon Mask Ukraynadakı münaqişənin tez bir zamanda başa çatması üçün ukraynalı oliqarxlara qarşı sanksiyaların tətbiq olunmasını təklif edib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Ukraynadakı ilk on oliqarxa, xüsusilə Monakoda malikanələri olanlara qarşı sanksiya tətbiq edin və bu münaqişə dərhal bitəcək”, – paylaşımda deyilir.

Maskın fikrincə ABŞ administrasiyasının bu addımı Ukraynadakı vəziyyəti sürətlə dəyişə bilər.

Gununsesi.info