Basketbol üzrə millimiz Dünya Qadın Seriyasına qələbə ilə başlayıb

  • By Sənan
  • 02 İyun 2024 19:44

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə start verilib.

Gununsesi.info -nun verdiyi xəbərə görə, turnirinin açılış oyununda Azərbaycan millisi“Baku Flames” komandası üz-üzə gəliblər.

Gərgin mübarizə ilə keçən görüş Azərbaycan millisinin 21:6 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, reqlamentə əsasən, qrup qalibləri birbaşa yarımfinala yüksələcəklər. İkinci və üçüncü sıranın sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə 1/4 final mərhələsində üz-üzə gələcəklər.

Xatırladaq ki, Qəbələ mərhələsinə iyunun 3-də yekun vurulacaq.

Gununsesi.info