AYNA paytaxt yollarını işğal edib

  • By admin
  • 10 Oktyabr 2024 14:03

AYNA-nın parklanmanın təşkili departamentinin direktoru Tərlan Yəhyayev APA-ya müsahibə verib.

Müsahibədə nədənsə Tərlan Yəhyayevdən  AYNA-nın xidmətdən daha çox insanlara yaratdığı problemlərə dair suallar verilməyib.

Bu müsahibəni sosial şəbəkələrdə paylaşan AYNA sadə insanların tənqidinə məruz qalıb.

Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimli də həmin tənqidçilərdən biri olub.

Baş redaktorun sosial şəbəkə yazdığı qeydləri təqdim edirik:

AYNA Şərifzadə küçəsində yol kənarını zəbt edib, guya avtobus yolu edib. Orada tixac olmur ki, avtobus üçün ayrıca zolaq yaradasan. İkincisi, yol kənarı bütünlüklə ictimai obyektlər və mənzillərdir. Bunlar o yolu başdan ayağa zəbt etməklə əslində binaların altındakı mağazalara , kafelərə müştəri sayını minimuma endirir. Bu da sahibkarları hansı duruma salır, bəllidir. Hansısa bir obyektə girmək istəyən insan 3-4 km kənarda maşın park etməlidir. Bir sözlə AYNA konkret işğalçıdır”.

Jurnalist daha bir qeydində isə yazır:

“Bu müsahibəyə  baxdim, qanunda və təlimatda yazıları müsahibəyə köçürüblər. Bu müsahiə e canlı deyil. Ona kontur suallar qoyulmayıb. Bugün AYNA-dan hamı narazıdır. veriləcək suallar çoxdur.