“Discord” istintaqında ilk həbs

  • By Günel
  • 09 Oktyabr 2024 21:20

Ankarada “Discord’ sosial media platforması vasitəsilə (E.N.B.) adlı qıza ədəbsiz görüntülərini yaymaqla hədələyən 18 yaşlı (T.D.) həbs olundu.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İzmirdə yaşayan (E.N.B.) adlı qızın “Discord” adlı tətbiqdə şantaja məruz qaldığı görüntülərindən sonra Təhlükəsizlik Baş İdarəsi, Kibercinayətlərlə Mübarizə İdarəsi tərəfindən araşdırma başlanılıb.

Sözügedən görüntülərin uydurma olduğu müəyyən edilərkən, (E.N.B)-nin təhdid və şantaj edildiyi görüntülərini internetdə yayımlayan (T.D.), Ankara Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində saxlanılıb.

Polisin keçirdiyi əməliyyatlardan sonra (T.D.)-nin səhhəti yoxlanılaraq ədliyyəyə sövq edilib.

Həbs tələbi ilə Növbətçi Sülh Cəza Məhkəməsinə gətirilən şübhəli “Şantaj”, “Əxlaqsız nəşrlərin dərcində vasitəçilik etmə”, “İctimaiyyəti çaşdıran məlumat yayma” və “Qanunsuz yolla əldə etmə” cinayətlərinə görə həbs edilib.

(E.N.B) adlı uşaq yaşadığı ünvanda mühafizə altında saxlanılarkən, (T.D.)-nin ifadəsi psixoloqun müşayiəti ilə dövlət ittihamçısı tərəfindən həyata keçirilib.

Günel Həsənova

Gununsesi.info