
“Bugünədək 3 medal qazanmışıq. Heyətimizin bir hissəsi hələ yarışlara qoşulmayıb”.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan MMA və Qrapplinq Federasiyasının vitse prezidenti Tural Mirzəyev deyib.
T.Mirzəyev qeyd edib ki, çempionat 4 fərqli yaş qrupları üzrə təşkil olunub ki, bunlar 15, 17, 20 və böyüklər arasında baş tutur.
Xatırladaq ki, yığmamız Astanada keçirilən Dünya Çempionatında 40-a yaxın heyətlə iştirak edir. Yarış oktyabrın 12-si başa çatacaq.
Gununsesi.info