Nobel Sülh Mükafatına əsas namizədlər bəlli olub

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq üzrə Qaçqınlar Agentliyi (UNRWA) və Beynəlxalq Ədalət Məhkəməsi 2024-cü il Nobel Sülh Mükafatına əsas namizədlərdir.

Gununsesi.info xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti mənbələrə və analitiklərə istinadən xəbər verir.

“Təhlilçilər mükafata əsas iddiaçıların UNRWA və Beynəlxalq Ədalət Məhkəməsinin olduğunu irəli sürdülər. Davam edən münaqişə Yaxın Şərqin sülhməramlı səylərin qeyri-mütənasib payına sahib olması deməkdir. Beləliklə, son illərdə verilən bir neçə sülh mükafatının diqqət mərkəzində oldu”– deyə nəşr bildirib.

QAT-ın baş katibi Antonio Quterres, milyarder İlon Mask və WikiLeaks-in yaradıcısı Culian Assanc da namizədlər arasında sayıla bilər. Mükafatın qalibi oktyabrın 11-i cümə günü elan olunacaq.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

Fevralın 1-də artıq NATO-nun baş katibi vəzifəsindən istefa verən norveçli siyasətçi Yens Stoltenberqin də mükafata namizəd olduğu bildirilmişdi.

 

 

 

Gununsesi.info