Ukrayna cəbhəsi dağılır: Ruslar Kiyevə girə bilər

  • By Günel
  • 10 Oktyabr 2024 08:54

Rusiya ordusu Uqledarı işğal edərək müharibə zonasında cəbhə xəttinin dağılmasını sürətləndirdi.

Gununsesi.info xəbər verir ki, bu barədə Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor deyib.

“Uqledar və Xarkovda rusların əməliyyatına baxın. Bütün Ukrayna cəbhəsi dağılmaqdadır”, – deyə o bildirib.

Makqreqorun sözlərinə görə, rus qoşunlarının Dnepr çayını keçib, Kiyevə çatmasına elə də çox maneə qalmayıb.

Gununsesi.info