
İndoneziyanın Tangeranq şəhərində 36 yaşlı ata yeni doğulmuş körpəsini “Facebook” vasitəsilə təxminən 1300 manata satıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, körpənin anası evə dönərkən uşağını tapa bilməyəndə vəziyyət ortaya çıxıb. Ata əldə etdiyi pulu qumar oynamaq üçün istifadə etdiyini etiraf edib.
Polis körpəni taparaq daha iki nəfəri həbs edib. İndoneziya qanunlarına görə cinayətkarları 15 ilə qədər həbs və 55 min pul cəzası gözləyir. Bu hadisə uşaq alverinin İndoneziyada ciddi problem olduğunu göstərir.
İndoneziyanın Uşaqların Müdafiəsi Komissiyasının rəhbəri Ai Maryati, “Uşaqlarla bu cür rəftar etmək üçün heç bir bəhanə yoxdur və onların hüquqlarının pozulmasına görə cinayətkarlar ciddi şəkildə cəzalandırılmalıdır” , – deyib.
Rəsmilər sosial media vasitəsilə əhalini bu cür qanunsuz satışlara qarşı xəbərdar edir və bu cinayətlərə qarşı mübarizəni davam etdirəcəklərini bildirirlər.
Günel Həsənova
Gununsesi.info