
Prezident Uilyam Lai bu ilin əvvəlində vəzifəyə gəldikdən sonra ictimai çıxışında Tayvanın özünüidarə statusunu dəstəkləyəcəyini vəd etdi.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Lai Kommunist Çinin 75-ci ildönümünü qeyd etməsindən cəmi doqquz gün sonra Tayvanın Milli Gününü qeyd etmək üçün Taybeydə izdiham qarşısında çıxış edib və bəzi maraqlı vədlər verib.
O, sözügedən çıxışında “Tayvan boğazı boyunca sülh və sabitlik status-kvonunu” qoruyub saxlamağa söz verib və Pekinlə iqlim dəyişikliyi, yoluxucu xəstəliklərlə mübarizə və regional təhlükəsizliyin qorunması kimi məsələlərdə əməkdaşlıq edəcəyini də qeyd edib.
Bundan əlavə Prezident vurğulayıb ki, “Çin Respublikası və Çin Xalq Respublikası bir-birinə tabe deyil”.
“Bu torpaqda demokratiya və azadlıq çiçəklənir. Çin Xalq Respublikasının Tayvanı təmsil etmək hüququ yoxdur”, – o əlavə edib.
Orxan Saffari