Müxalifətin inqilabi ssenarilər hazırlamaq resursları yoxdur

Gürcüstanda müxalifətin inqilabi ssenarilər hazırlamaq üçün resursları yoxdur.

Gununsesi.info xəbər verir ki, bunu respublikanın baş naziri İrakli Kobaxidze deyib.

“Bu il hamı açıq şəkildə gördü ki, dövlət və hüquq-mühafizə orqanları öz yerində dayanıb və müxalifət nə qədər inqilabi proseslərə başlamağa, parlament binasına basqın etməyə və sairə cəhd etsə də, heç nəyə nail olmayacaq”, – deyə Kobaxidze qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan müxalifəti və onun tərəfdaşlarının müvafiq hesablaması uğursuzluğa məhkumdur. Kobaxidzeəlavə edib ki, dövlət milli maraqları sona qədər müdafiə etməyə hazırdır.

Oktyabrın 1-də Tbilisi meri Kaxa Kaladze Gürcüstan müxalifətinin parlament seçkilərindən sonra ölkədə iğtişaşlar təşkil etməyə hazırlaşdığını açıqlayıb.

O, müxalifət partiyalarının səsvermənin nəticələrini tanımaq niyyətində olmadığına aydınlıq gətirib.

 

 

Gununsesi.info