
ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu çoxdan gözlənilən 30 dəqiqəlik telefon danışığı keçiriblər. Bu, onların avqust ayından bəri ilk təmasları olduğu güman edilir. Danışıqda İsrailin keçən həftə İranın raket hücumuna qarşı niyyəti ilə bağlı müzakirələr aparılıb.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, Ağ Ev dialoqu “birbaşa” və “məhsuldar” adlandırıb və Bayden Netanyahu ilə yaxın günlərdə “sıx təmasda” qalmağa razılaşdıqlarını söyləyib.
Vitse-prezident Kamala Harris də bu çağırışa qoşulub.
Orxan Saffari