GSK şirkəti xərçəng iddialarına görə 2,2 milyard dollar ödəyəcək…

Böyük Britaniyanın əczaçılıq nəhəngi GSK, ürək dərmanı “Zantacın” dayandırılmış versiyasının xərçəngə səbəb olması ilə bağlı ABŞ məhkəmələrində minlərlə işi həll etmək üçün 2,2 milyard dollar (1,68 milyard funt sterlinq) ödəyəcəyini söylədi.

Gununsesi.info “BBC”-yə istinadən xəbər verir ki, firma, təxminən 80,000 iddiaçını təmsil edən 10 hüquq firması ilə razılaşma əldə edib. 

GSK, həmçinin dərman istehsalçısının Zantacın xərçəng risklərini gizlətməklə, ABŞ hökumətini aldatdığını iddia edən bir laboratoriya tərəfindən məlumat verən şəxsin şikayətini həll etmək üçün də 70 milyon dollar ödəyəcək.

Qeyd edək ki, şirkət özü heç bir halda qanun pozuntusunu etiraf etməyib.

Orxan Saffari

Gununsesi.info