Kristofer Nolandan yeni film gəlir…

Keçən il dünyaca məşhurlaşan “Oppenheimer” filmindən sonra Kristofer Nolan növbəti layihəsi üçün hazırlıqlara başlayıb.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, 2026-cı ildə ekranlara çıxması planlaşdırılan yeni filmdə baş rol üçün Mett Deymon ilə danışıqlar aparılır.

Qeyd edək ki, Deymon Nolanla “Interstellar” və “Oppenheimer” filmlərində də çalışıb.

Orxan Saffari

Gununsesi.info