Tramp Harrislə yeni debatdan imtina etdi

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp vitse-prezident Kamala Harrislə təkrar debatdan imtina edib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə Truth Social sosial şəbəkəsində məlumat verib.

“Fox News-dan sentyabrın 4-də Kəmalə debat etmək dəvətini qəbul etdim, lakin o, rədd etdi” – deyə Tramp yazıb.

Siyasətçinin sözlərinə görə, Harris açıq şəkildə bildirib ki, o, Co Baydenin siyasətində heç nəyi dəyişməyəcək və bu, keçmiş prezidentin fikrincə, sonrakı müzakirələri mənasız edir.

Bundan əlavə, Donald Tramp qeyd edib ki, hazırda sorğularda liderdir və onun rəqibi üzərindəki üstünlüyü hər gün artmaqdadır.

 

 

Gununsesi.info