Rəşad Nəbiyev Mingəçevirdə “Qədiroğlu” cüdo klubuna baş çəkib

  • By admin
  • 09 Oktyabr 2024 23:17

Mingəçevir şəhərində yerləşən “Qədiroğlu” cüdo klubunda idmançılar üçün yaradılan şəraitlə tanış olduq.
Regionlarda cüdo zallarının maddi-texniki bazası yaxşılaşdırılır, yeni zallar açılır və cüdo ilə məşğul olmaq üçün müraciət edən uşaq və yeniyetmələrin sayı artır”.

 

Gununsesi.info xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev  özünün sosial şəbəkə hesabında yazıb.

Nazir daha sonra əlavə edib:
“Sevindirici haldır ki, artıq özəl sektor tərəfindən də korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində bu işlərə dəstək verilir. “Qədiroğlu” cüdo klubunun rəhbəri Ayaz Ümüdəliyevə təşəkkürümü bildirir, kluba fəaliyyətində uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da  “Qədiroğlu cüdo klubu”-na baxış keçiriblər.

Klubun rəhbəri Ayaz Ümüdəliyev məlumat verib ki, yüksək səviyyədə təmir edilən cüdo təlim mərkəzinin ümumi sahəsi 500 m2 təşkil edir.

Fiziki hazırlıq zalı məşqlər üçün vacib olan zəruri avadanlıqlarla təchiz edilib. Klubda valideynlər üçün gözləmə zalı və idmançıları üçün digər zəruri şərait təmin olunub.

Təlim mərkəzində gün ərzində 100 yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola bilir.

 

Gununsesi.info