
Tarix həm əlamətdar hadisələri ilə xatırlanır.
Gununsesi.info tarixdə bu gün baş verən mühim hadisələri təqdim edir:
1.680-ci il- İraqın Kərbəla şəhəri yaxınlığında Məhəmməd peyğəmbərin nəvəsi Həzrət Hüseyn və yaxınları xəlifə Yezidin əsgərləri tərəfindən qətl edildi.
2.1780-ci il -Karib hövzəsində çıxan qasırğada 20 min adam həyatını itirdi.
3.1933-cü il “United Airlines” hava şirkətinə məxsus təyyarədə təxribat törədildi. Bu, təxribatla endirilən ilk mülki təyyarə olaraq aviatarixə düşdü.
4.1944-cü ilin 10 oktyabrından 800 qaraçı uşaq sistemli şəkildə alman faşistləri (nasistlər) tərəfindən Polşada Osventsim (Auschwitz) toplama düşərgəsində öldürüldü.
5.1986-cı il – Salvadorda baş verən 7,5 bal gücündə zəlzələ zamanı 1500 nəfər həyatını itirdi.
6.2015-ci il Türkiyənin paytaxtı Ankarada keçirilən Əmək, Sülh, Demokratiya mitinqi ərəfəsində 2 ayrı-ayrı partlayış oldu: 102 adam həyatını itirdi, 391 nəfər yaralandı.
Orxan Saffari