Mingəçevirdə 16 yaşlı yeniyetmə bıçaqlandı

  • By Günel
  • 09 Mart 2025 11:12

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info – nun məlumatına görə hadisə Energetiklər yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, mübahisə zəmnində 2009-cu il təvəllüdlü şəhər sakini Pünar Asif oğlu Nəsrullayev bıçaqlanıb.

Xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olub.

Gununsesi.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yeniyetməyə xəsarət yetirən şəxsin kimliyi müəyyən olunub.

Onun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Gununsesi.info